Şimali Koreya ABŞ və Yaponiya bazalarına zərbələrin endirilməsini sınaqdan keçirib
Rəsmi Pxenyan ABŞ və Yaponiya hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib.
Bu barədə Cənubi Koreyanın "Rönhap" agentliyi xəbər verib.
Martın 6-da Şimali Koreya Yapon dənizinə 4 ballistik raket buraxıb. Onlardan üçü Yaponiyanın ərazi sularına düşüb. Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılan raketlər 260 km hündürlüyə qalxdıqdan sonra 1000 km məsafə qət edib. Təlimdə Şimali Koreya lideri Kim Çen In iştirak edib.
Mediainfo.az
Digər xəbərlər














































.jpg)















































