Cəlilabadda yaşayış evlərini su basıb

Cəlilabadda yaşayış evlərini su basıb

23 Fevral 2017 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Qarın əriməsi səbəbindən Cəlilabad rayonunda xeyli yaşayış evi su altında qalıb.

Apa-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Alar kəndində qar əriməsi səbəbindən yaşayış evlərini su basıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi ərazidə çalışır. Xeyli yaşayış evini su basdığı bildirilir.

Su basmaya səbəb kimi dağlıq ərazidə qarın əriməsi göstərilir.

Mediainfo.az