9-cu mərtəbədən yıxılan alman turist sağ qalıb

9-cu mərtəbədən yıxılan alman turist sağ qalıb

22 Fevral 2017 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Tailandın Patayya kurort bölgəsində Almaniyadan gəlmiş turist 9-cu mərtəbədən yıxılaraq sağ qalıb.

apa-nın "Phuket Gazette"yə istinadən verdiyi xəbərə görə, 53 yaşlı turist barın yerləşdiyi otelin damından yıxılıb. Turistin binaya bitişik kafenin damına düşməsi onun sağ qalmasına səbəb olub. İnsident nəticəsində alman turistin qolu sınıb. O həmçinin bir neçə kiçik zədə alıb. Onun vəziyyətini stabil olduğu bildirilir. Məlumata görə, fevralın 12-dən oteldə yaşayan turist hər gün xeyli miqdarda spirtli içki qəbul edirmiş. Polis hadisənin səbəblərini araşdırır

Mediainfo.az