Qazaxda yük və minik avtomobilləri toqquşub

Qazaxda yük və minik avtomobilləri toqquşub

20 Fevral 2017 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" və "KamAZ" markalı yük avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mediainfo.az