Külli miqdarda qanunsuz siqaret müsadirə edilib

Külli miqdarda qanunsuz siqaret müsadirə edilib

16 Fevral 2017 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az