Ötən il avtomobillə vurulan şəxs dünən ölüb

Ötən il avtomobillə vurulan şəxs dünən ölüb

15 Fevral 2017 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkəsəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il dekabrın 19-da Daşkəsənin Bayan kəndində rayon sakini Namiq Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən həmyerlisi Elman Məmmədovu vurub. E.Məmmədov fevralın 14-də yaşadığı evdə ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Mediainfo.az