Universitet müəllimi dərs dediyi yerdə keçindi

Universitet müəllimi dərs dediyi yerdə keçindi

5 Oktyabr 2016 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən birində ölüm hadisəsi baş verib.

Belə ki, Azərbaycan Universitetində riyaziyyat fənnindən dərs deyən fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, R.Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib.

Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə" şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.

Mediainfo.az