Moskvanın Kursk vağzalı təcili boşaldılıb

Moskvanın Kursk vağzalı təcili boşaldılıb

11 Aprel 2016 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva şəhərinin Kursk dəmir yolu vağzalı bomba xəbərdarlığı ilə əlaqədar təxliyə olunub.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, 600-ə yaxın sərnişin vağzala bomba qoyulması ilə bağlı gələn anonim zəngdən sonra oradan çıxarılıb. Anonim zəng bu gün günorta saatlarında daxil olub. Hüquq-mühafizə orqanları vağzalı tamamilə boşaldıblar.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Moskva-Bakı qatarı Kursk vağzalından yola düşür.

Mediainfo.az