Tapılan neftçinin meyitindən DNT analizi götürüldü

Tapılan neftçinin meyitindən DNT analizi götürüldü

6 Aprel 2016 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

3 gün əvvəl Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçinin meyitindən DNT analizi götürülüb.

Aprelin 4-də gecə saatlarında Bakıya gətirilən meyitin müxtəlif orqanlarından nümunələr götürülüb və laboratoriyaya təqdim edilib.

Bildirilir ki, dekabr ayında "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşmüş neftçilərin meyitləri, əsasən, Türkmənistanın Balkan vilayəti istiqamətində tapılır.

Mütəxəssislər hesab edirlər ki, hadisə baş verən gün dənizdə su axını Türkmənistanın Balkan vilayəti istiqamətində olub və güclü axın boğulan neftçilərin meyitlərini həmin istiqamətə aparıb.

Mediainfo.az