Binəqədi rayon sakininin evindən meyiti çıxdı

Binəqədi rayon sakininin evindən meyiti çıxdı

27 Dekabr 2015 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Binəqədi rayonunda 53 yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

1962-ci il təvəllüdlü Paşayev Elşən Ağabəy oğlunun mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olduqdan dərhal sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən E.Paşayev huşsuz vəziyyətdə aşkar edilib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı E.Paşayevin vəfat etdiyi müəyyən olunub. Faktla bağlı araşdırmalar aparılır.

Mediainfo.az