Qadını vurub qaçan sürücü tutuldu

Qadını vurub qaçan sürücü tutuldu

1 Dekabr 2015 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qadını vurub qaçan avtomobilin sürücüsü tutulub. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da Elnarə Məmmədovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "KİA" markalı avtomobilin sürücüsü müəyyən edilib. Bakı şəhər sakini Səfər Poladov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Mediainfo.az