35 PKK-çı məhv edilib
İranda keçirilən hərbi əməliyyatlar nəticəsində PKK terror təşkilatının bu ölkədə fəaliyyət göstərən cinahı PJAK-a üzv olan 35 terrorçu məhv edilib. Bu barədə məlumatı ingiliscə yayımlanan "Press TV" adlı dövlət telekanalı yayıb. Kanal həmçinin İran İnqilabı keşikçilərinin keçirdikləri əməliyyatla bir çox terrorçunu da diri və ya yaralı olaraq ələ keçirdiyini bildirib. Məlumatda həmçinin inqilab keşikçilərinin Sərdəşt şəhəri yaxınlığında olan PJAK düşərgəsini də ələ keçirdiyi və yaxınlıqda olan digər düşərgələri də intensiv atəş altında saxladığı vurğulanıb. İnqilab keşikçiləri və Quru qoşunları komandanlığı ərazidən terrorçular tamamilə təmizlənənə qədər əməliyyatların davam edəcəyini bildirib. Keçirilən əməliyyatlarda İran tərəfin 7 itkisi olduğu bildirilir.
Terrorçular məhv edilsə də terror məhv olmur.
Tofiq Əliyev
O.M.