Paytaxtda yük maşını aşdı

Paytaxtda yük maşını aşdı

25 İyul 2011 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 11:55 radələrində Bakının Sabunçu rayonu ərazisində Heydər Əliyev prospektində Əzizbəyov metro stansiyası yaxınlığında keçən ərazidə yük maşını aşıb. Taleh Fərman oğlu Həmidov idarə etdiyi "Maz" markalı, 24 BE 575 dövlət nömrə nişanlı yük maşınını aşırıb. Hadisəyə səbəb sürücünün dönmə əməliyyatın düzgün yerinə yetirməməsi olub. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. Sürücü yüngül xəsarət alıb.

Taleh Həmidovun taleyi üzünə güldü.

Tofiq Əliyev

O.M.