Paytaxtda avtomobil 2 bacını vuraraq öldürüb
Paytaxtda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saat 10.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. Prospekt ilə hərəkət edən minik maşını yolu keçmək istəyən piyadalar, 23 yaşlı Türkanə Hüseynova və onun bacısı, 19 yaşlı Aysel Hüseynovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən sürücünün adı açıqlanmır. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Sükan arxasına əyləşərkən unutmayın ki, sizi və piyadaları evdə gözləyən var.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər