Hitlerin köməkçisi yandırılaraq, dənizə töküldü

Hitlerin köməkçisi yandırılaraq, dənizə töküldü

22 İyul 2011 15:46
Bəyəndim (0) Bəyənmədim (0)
Rudolf Hesin məzarı açıldı

"Hitlerin 1933-cü ildə köməkçisi olan Rudolf Hesin məzarı açılacaq, ondan geriyə qalanlar yandırılaraq, dənizə töküləcək", - deyə qərar çıxarılmışdı. Yerli "Süddeutsche Zeitung" qəzetinin bildirdiyinə görə, Hesin varislərinin izni ilə bu proses baş tutdu. İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə ömür boyu həbsə məhkum edilən Hes 93 yaşında intihar etmişdi. Bu qərar son dönəmlərdə onun qəbrinin "neonasislər" tərəfindən ziyarət yerinə çevrilməsi və burada anma mitinqlərinin keçirilməsi ilə bağlıdır. Belə ki, Alman Konstitusiya Məhkəməsi onların bu mitinqlərini yasaqlamışdı. Xəbərdə ayrıca Hesin ölümündən sonra "Wunsiedel" dəfn edilməsini vəsiyyət etdiyi və Protestant Kilsəsinin 1987-ci ildə buna izn verdiyi bildirilir.

Heç nə unudulmur, heç kəs yaddan çıxmır.

Günel Həbib

O.M.