Kəmaləddin Heydərov Neftçalada vətəndaşlarla görüşüb - FOTO

Kəmaləddin Heydərov Neftçalada vətəndaşlarla görüşüb - FOTO

30 Oktyabr 2015 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Neftçala şəhərində vətəndaşlarını qəbulunu keçirib.

Nazir Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şirvan şəhərinin, Neftçala, Salyan və Biləsuvar rayonlarının sakinlərini, həmçinin, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Qəbula gəlmiş şəxslərin müraciətlərinin bir qismi yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Kadr və digər məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşlar isə nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

FHN-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və müvafiq izahat işləri aparılıb. (apa)

Mediainfo.az