Ramin Hacılının yeri bilindi

Ramin Hacılının yeri bilindi

26 Oktyabr 2015 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ümid Partiyasının sədr müavini Ramin Hacılı tapılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.

R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də Apa -ya açıqlamasında onun tapıldığını təsdiqləyib: "Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm".

A. Əlizadə R. Hacılının hansı ölkədə olduğunu açıqlamayıb.

Qeyd edək ki, R. Hacılının ötən axşamdan itkin düşməsi barədə xəbərlər yayılıb. Partiyanın sədri açıqlamasında bildirib ki, R. Hacılının telefonu dünən gün boyu söndürülmüş vəziyyətdə olub.

Mediainfo.az