Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi prosesi sabah başa çatacaq

Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi prosesi sabah başa çatacaq

26 Oktyabr 2015 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Seçkilərlə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına (DSK) verilməsi prosesi sabah başa çatır.

Seçki Məcəlləsinə əsasən, səsvermə gününə azı 4 gün qalmış DSK-lar səsvermə protokollarını məntəqə seçki komissiyalarına verməlidir.

MM seçkilərlə əlaqədar bu müddət oktyabrın 28-dək olan dövrü əhatə edir.

Xatırladaq ki, MM seçkilərlə əlaqədar səsvermə protokollarının Mərkəzi Seçki Komissiyası tərəfindən DSK-lara verilməsi müddəti oktyabrın 12-dək olan dövrü əhatə edib.

Mediainfo.az