Dağıstanda 4 silahlı zərərsizləşdirilib

Dağıstanda 4 silahlı zərərsizləşdirilib

17 Oktyabr 2015 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstanın Xasavyurt rayonunda 4 silahlı şəxs zərərsizləşdirilib. Bu gün səhər antiterror əməliyyatları rejiminin elan edildiyi Yeni Kuruş, Botayurd və Sadovoy kəndləri arasındakı istehkamlarda 4 silahlı aşkar edilərək zərərsizləşdirilib.

Hüquq-mühafizə orqanlarında olan mənbə onlardan üçünün adının Alxan və Rəsul Sərdarov və Cumart Şixraqimov olduğunu deyib.

Öldürülən silahlı şəxslərin Yeni Kuruş kəndinin məscidinin İmamının ölümündə əlləri olduğu ehtimal edilir.

Qeyd olunub ki, İmam 9 sentyabr tarixində qətlə yetirilib. (apa)

Mediainfo.az