Rusiya ordusu İŞİD-in silah zavodunu məhv etdi

Rusiya ordusu İŞİD-in silah zavodunu məhv etdi

7 Oktyabr 2015 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya aviasiyası dünən axşam saatlarında İŞİD-in Dəməşq əyalətindəki silah istehsalı zavodunu bombardman edib. RİA Novosti-nin hərbi mənbələrə istinadən yaydığı xəbərə görə, Su-24M qırıcıları Dəməşq əyalətinin Quta rayonunda yerləşən silah zavodunu və anbarını havadan atəşə tutub. Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkovun sözlərinə görə, hərbi obyekt nöqtə hədəfi olaraq zərərsizləşdirilib.

Qeyd edək ki, 6 oktyabr tarixində Rusiya aviasiyası İŞİD-in 12 obyektini bombardman edib. Nəticədə onlarla yaraqlı məhv edilib.

Mediainfo.az