Daşkənddə güclü zəlzələ

Daşkənddə güclü zəlzələ

20 İyul 2011 09:00
980
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanın paytaxtı Daşkənddə Bakı vaxtı ilə saat 00.45 dəqiqədə bir dəqiqə davam edən güclü təkanlar qeydə alınıb. Məlumatlara görə, Daşkəndin mərkəzindəki evlərin sakinləri binaları tərk edərək küçələrə çıxıblar. Əhali yeni təkanlardan ehtiyat edərək hələ də küçələrdə qalır. Daşkənd seysmik cəhətdən fəal zonada yerləşir. 1966-cı ilin aprelində orada demək olar ki, bütün şəhəri məhv etmiş dağıdıcı zəlzələ baş verib.

Zəlzələ Daşkəndi vəlvələyə saldı.

Tofiq Əliyev

O.M.