Çində 20 uyğur öldürülüb

Çində 20 uyğur öldürülüb

19 İyul 2011 12:56
685
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Sincan-Uyğur muxtar bölgəsində polislə toqquşmalar nəticəsində 20 uyğur ölüb. Dünya Uyğur Konqresi adlı təşkilatın açıqlamasına əsasən polislər Xotan şəhəri yaxınlığında 14 uyğuru ölənə qədər döyüblər və 6 nəfəri güllələyiblər. Hadisə uyğurlar yaxınlarının həbsdən azad olunması tələbi ilə aksiya keçirərkən baş verib. Çinin rəsmi KİV-i isə Xotanda terrorçuların polis məntəqəsinə basqın etdiyi, nəticədə 4 nəfərin həlak olduğu xəbərini yayıb. Olaylarda 70 nəfər həbs edilib.

Polis həmişə qoruyur, bu dəfə isə öldürdü.

Tofiq Əliyev

O.M.