Sabah IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Sabah IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

15 İyul 2011 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012 tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Həmçinin hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) qəbul imtahanı olacaq. Bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçiriləcək imtahana 1290 nəzarətçi müəllim və 132 imtahan rəhbəri cəlb olunub. Onun sözlərinə görə, bu il IV qrup üzrə 14 619 abituriyent ərizə təqdim edib. IV ixtisas qrupu üzrə sənəd verənlərin 13 525 nəfəri Azərbaycan bölməsinin, 1094 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7307 nəfərini oğlanlar, 7312 nəfərini isə qızlar təşkil edir. 8281 nəfər orta ümumtəhsil məktəblərinin builki, 5882 nəfər əvvəlki illərin, 405 abituriyent isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 70 abituriyent xarici ölkə vətəndaşıdır, 51 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir. Sabah Bakıda 10 804, Naxçıvanda 1048, Gəncədə 1848, Lənkəranda isə 919 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda saat 11.00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Kimi elmini ortaya qoyacaq, kimi bəxtini.

Tofiq Əliyev

O.M.