Yük maşını gənc qızı vurub

Yük maşını gənc qızı vurub

12 Avqust 2015 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Göygöl rayon sakini Binəli Tapışanov idarə etdiyi "KamAZ" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayon sakini, 1994-cü il təvəllüdlü Aytac Abdullayevi vurub. Ağır bədən xəsarətləri alan 21 yaşlı qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az