İtaliyada istidən "qırmızı səviyyə" elan edilib

İtaliyada istidən "qırmızı səviyyə" elan edilib

12 İyul 2011 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya paytaxtı Romada havanın temperaturu 33 dərəcəyə çatıb, yerli sakinlər və turistlər sərinləmək üçün "Əbədi şəhər"in məşhur fəvvarələrinə axın ediblər. İtaliyanın Bolonya, Messina, Peskara kimi şəhərlərində isə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır. İtaliya Mülki Müdafiə İdarəsi 6 şəhəri "təhlükəli zona"ya aid edərək, burada "qırmızı səviyyə" elan edib. Afrikadan hərəkət edən isti hava kütlələri İtaliyanın Florensiya, Palermo kimi məşhur turist bölgələrində də havanın kəskin istiləşməsinə səbəb olacaq. Adıçəkilən şəhərlərdə temperatur 35-37 dərəcəyədək yüksəlib, buraya təhlükəsizlik dərəcəsinin "narıncı səviyyəsi" aid edilib.

Havalar isti, nəfəsləri kəsdi.

Tofiq Əliyev

O.M.