Türkiyədə azyaşlı qızı zorlayan azərbaycanlıya 10 il iş verdilər

Türkiyədə azyaşlı qızı zorlayan azərbaycanlıya 10 il iş verdilər

22 Yanvar 2015 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə 13 yaşlı yeniyetmə qızla cinsi əlaqədə olan azərbaycanlıya hökm oxunub.

Mediainfo. az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 2012-ci ilin martında Türkiyənin Kastamonu qəsəbəsində Azərbaycan vətəndaşı olan Murad E. 13 yaşlı qız (G.Ş) ilə cinsi əlaqədə olub. Bir müddət sonra Muraddan ayrılan yeniyetmə qız Müzəffər K. adlı Türkiyə vətəndaşı ilə münasibət qurub və onlar iki gün bir evdə qalıblar. 2 gün ərzində övladlarından xəbər çıxmadığını görən valideynlər Türkiyə hüquq-mühafizə orqanlarına mürciət ediblər. Axtarış nəticəsində yeniyetmə qız tapılıb və o ,evə qaytarıldılqdan sonrta başına gələnləri təfərrüatı ilə danışıb.

Yeniyetmə qızın etirafından sonra isə Kastamonu Ağır Cinayətlərə dair məhkəməsində cinayət işi başlanılıb. Məhkəmənin çıxardığı qərara əsasən Murat 9 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zalında həbs edilən Müzəffərə isə 10 il iş kəsilib.