Qatil heroinlə saxlanıldı

Qatil heroinlə saxlanıldı

21 Yanvar 2015 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Axtarışda olan Rusiya Federasiyasının vətəndaşı İftixar Əzizovdan narkotik vasitə aşkar edilərək götürülüb.

DİN mətbuat xidməti xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı İftixar Əzizovdan 1,260 qram heroin götürülüb.

Araşdırmalar zamanı onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Mediainfo.az