Müəllimlər dərsə silahla gələcək

Müəllimlər dərsə silahla gələcək

14 Yanvar 2015 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda müəllimlərə dərsə silahla gəlməyə icazə verilib. Apa-nın GEO TV-yə istinadən verdiyi məlumata görə, ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunkva vilayətində kişi müəllimləri üzərində silah gəzdirə biləcəklər.

Bu addım Pişəvər şəhərində hərbi liseydə baş vermiş terror aktından sonra atılıb.

Yerli hakimiyyət orqanları 20 min təhsil müəssisəsinin təhlükəsizliyinin tam təmin edə bilmədiyini bəyan ediblər. Buna görə də müəllimlərə qeydiyyata alınmış silah daşımağa icazə verilib.

Qeyd edək ki, ötən il dekabrın 16-da bir qrup silahlı şəxs Pişəvərdə hərbi liseyə hücum edib. Nəticədə 500-dən çox kursant və müəllim girov götürülüb. Əməliyyat tədbirləri nəticəsində terrorçular məhv edilsə də, terror aktı nəticəsində 150 nəfər həyatını itirib. Bu terror hücumuna görə məsuliyyəti "Təhrik-e Taliban Pakistan" təşkilatı üzərinə götürüb.

Mediainfo.az