
NATO-nun baş katibi səhvlərini etiraf etdi
"NATO əsas məqsədinə çata bilməyib". Bu fikri alyansın baş katibi Anders Foq Rasmussen bugünkü hesabat çıxışında qeyd edib. O, Rusiya ilə NATO arasında buzların əriməməsini alyansın fəaliyyətində uğursuzluq adlandırıb. "Biz uzun müddət ərzində ciddi cəhdlə çalışdıq ki, təhlükəsizlik, beynəlxalq hüquq və normalar məsələlərində Rusiya ilə əməkdaşlıq əlaqələrini quraq. Təəssüf ki, Rusiya bütün məsələlərdə cəhdlərimizi geri çevirdi", - deyə məlumat verən Anders Foq Rasmussen Rusiyanın hələ də NATO-nu düşmən təşkilat kimi qəbul etdiyini, əməkdaşlıqdan imtina etdiyini vurğulayıb və bunu müəyyən mənada alyansın uğursuzluğu kimi qiymətləndirib.
Xatırladaq ki, 1 oktyabr tarixindən Anders Foq Rasmusseni NATO-nun baş katibi vəzifəsində Yyens Stoltenberq əvəz edəcək.
Mediainfo.az