
Qəzada yaralanan 6 gün sonra öldü
Bakının mərkəzi küçələrinin birində ağır yol qəzasına düşən sürücü ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də Nəsimi rayonu D. Əliyeva küçəsində Bakı şəhər sakini İzzət Maqsudov idarə etdiyi "Toyota" markalı avtomobili yolun kənarındakı binanın divarına vurub. Xəstəxanaya yerləşdirilmiş İ. Maqsudov sentyabrın 14-də vəfat edib.
Mediainfo.az
Digər xəbərlər