
Ermənistan sərhəddini keçmək istəyən şəxs yaxalandı
Türkiyə-Ermənistan sərhədində saxlanılan şəxsin kimliyi bilindi. Bu əfqan vətəndaşı 1988-ci il təvəllüdlü Fərid Sətar adlı şəxsdir.
O, Türkiyənin Van şəhərində olan ailəsi ilə görüşmək üçün İran sərhədini keçib. Lakin Ermənistan sərhədini keçərkən Ararat ərazisində yerli fermerlər tərəfindən saxlanılıb.
Erməni vətəndaşları tutduqları şəxs haqqında Rusiya sərhədçilərinə məlumat veriblər. Rusiya sərhədçiləri həmin ərazilərdə axtarış aparanda içərisində Fərid Sətar adlı şəxsin adına sənədlər olan qara çanta tapıblar. Elə həmin gün Rusiya sərhədçiləri sərhədi pozan şəxsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər.
Mediainfo.az
Digər xəbərlər