
İŞİD-in öldürdüyü jurnalistlə vida mərasimi keçirilib
Edam edilmiş ABŞ-lı jurnalistin vida mərasimi keçirilib. Mərasimə mindən çox insan gəlib. İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən başı kəsilən jurnalistlə vidalaşmaq istəyənlər mərasimə axın edib.
Edam edilən jurnalist Stiven Sotloff "Time" jurnalı və "Foreign Policy" nəşri üçün çalışırdı. O, 2013-cü ilin avqustunda Suriyada oğurlanmışdı. Jurnalistin edamı ilə bağlı İŞİD döyüşçüləri video yayımlayıb. Bu, son iki həftə ərzində öldürülən ikinci amerikalı jurnalistidir.
Mediainfo.az
Digər xəbərlər