Kürdəmirdə faciəli hadisə
Bacı qardaşını yandırıb
Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün günorta saatlarında Kürdəmir şəhəri, Cənub məhəlləsindəki həyət evində 2010-ci il təvəllüdlü Məmmədov Radim Razim oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 4 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, R.Məmmədov bədbəxt hadisə nəticəsində yanıb. Belə ki, o bacısı, 3 yaşlı Şərəf ilə bu gün evin qarşısında oynayırmış.
Nəzarətsiz qalan azyaşlılar kibritlə oynamağa başlayıblar. Bu zaman 3 yaşlı Şərəf, 4 yaşlı qardaşının paltarını yandırıb.
Azyaşlılar tüstülənməni görəndən sonra özlərini itiriblər və 4 yaşlı oğlanını əynindəki paltarlar tamamilə yanıb.
Ölüm faktı ilə bağlı araşdırmalar davam etdirilir.
Mediainfo.az