Evdən oğurluq edənin apellyasiya şikayəti təmin edilib
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Niyaməddin Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 9 il 6 aydan 8 il 6 aya endirilib.
Qeyd edək ki, N. Əliyev müğənni Pərvin Lətifovun evindən də oğurluq edib. 2 dəfə məhkumluq həyatı yaşayan N. Əliyev bir neçə mənzildən oğurluq edib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mediainfo.az
Digər xəbərlər