Qadın su pulu yığan işçini döydü
Bakıda "Azərsu"nun işçisi döyülüb.Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Qurban Abbasov küçəsi, ev 40, mənzil 21-də qeydə alınıb. Bakı şəhər sakini, Reyhan Musa qızı Rzayeva aralarında yaranan münaqişə zəminində "Azərsu" ASC-nin əməkdaşı, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Gülağa Lazım oğlu Cəfərovu döyüb.Hazırda faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər