"Lökbatandakı zəhərlənmələrdə “Azəriqaz”ın heç bir günahı yoxdur"

"Lökbatandakı zəhərlənmələrdə “Azəriqaz”ın heç bir günahı yoxdur"

6 Mart 2014 11:48
Bəyəndim (0) Bəyənmədim (0)
Qazın tərkibinə əlavə qatqı qatılmayıb

ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən zəhərlənmə ilə bağlı açıqlama verilib.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, artıq dünənki hadisə ilə bağlı qurum tərəfindən araşdırmalar aparılıb: "Müəyyən edilib ki, qazın tərkibinə vurulan odorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq normalara uyğundur".

Zəhərlənənlərin rəsmi sayının 115 olduğuna gəldikdə, A.Ağayev deyib ki, buna əhalinin təşviş və stress içində olması səbəb olub: Odorant adlanan maddə kəskin iy və qoxuya malikdir. Bu da normaya uyğun verilib. Bununla belə, "Azəriqaz" aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq".

A.Ağayev əlavə edib ki, bu gün günorta saatlarında Lökbatan qəsəbəsinə qazın verilişi tam gücündə bərpa olunacaq.