
Sərhəddə silahlı insident: 7 terrorçu məhv edilib
Əlcəzair ordusu Tunis ərazisindən ölkəyə daxil olmuş 7 nəfər terrorçunu məhv edib. Apa-nın məlumatına görə, bu barədə Əlcəzairin "Əş-Şərq" qəzeti xəbər yayıb.
Atışma Tunislə həmsərhəd zonada baş verib.
Əlcəzairli hərbçilər 16 nəfərdən ibarət qrupun izinə düşüb. İki saat davam edən atışma nəticəsində yalnız 7 terrorçunu zərərsizləşdirmək mümkün olub. Qrupun digər üzvləri isə Tunis ərazisinə qayıtmağa müvəffəq olub.
Digər xəbərlər