Bakıda kişi eks-arvadını xalça oğurlamaqda ittiham edir

Bakıda kişi eks-arvadını xalça oğurlamaqda ittiham edir

2 Dekabr 2013 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərində kişi keçmiş arvadını polisə verib.

Yasamal rayonu ərazisində yaşayan 53 yaşlı Etibar Əzizov bir müddət əvvəl boşandığı arvadını cinayətdə ittiham edir. Kişi dünən Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə şikayət edərək 47 yaşlı Ülviyyə Bağırovanın ona məxsus 2 ədəd xalça və bir ədəd brilliant qaşlı üzük oğurladığını deyib. Yasamal rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hazırda araşdırma aparılır.