Əfv sərəncamının icrası başa çatdı
Dünən prezident İlham Əliyev əfv sərəncamı imzalamışdı. Artıq bu gün cəzaçəkmə müəssisələrində sərəncamın icrasına başlanılıb və bütün əfv olunan məhkumlar azadlığa buraxılıblar. Sərəncam 87 nəfərə şamil olunub. Onlardan 79-u cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, daha 4 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərli və Taleh Xasməmmədov, AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənli də var.
Bundan başqa, İran, Türkiyə, Gürcüstan, Nigeriya, Banqladeş vətəndaşları da cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
O.M.

































































-1.jpg)
-1.jpg)
-1.jpg)


























