Yaxın iki gün ərzində ölkə ərazisində havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 09-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, qısamüddətli yağışlar yağacağı gözlənilir. Səhər saatlarında zəif duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın şiddətlənəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam və gecə saatlarında güclənəcək. Havanın temperaturunun gecə 06-08, gündüz 09-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam şimal-qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-6, gündüz 10-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.
O.M.





























































































