Spirtli içkiləri bitən ruslar kimyəvi məhlul içərək öldülər
Rusların spirtli içki düşkünü olduqları heç himə sirr deyil. Qışın vaxtından əvvəl gəlişi onların bu istəyini daha da artırmış oldu. Belə ki, bu dəfə spirtli içkiləri bitən ruslar qış mövsümündə şüşələrin silinməsi üçün nəzərdə tutulan kimyəvi məhlulu qəbul ediblər. Nəticədə məclisdə olan 5 nəfərin hamısı zəhərlənmədən dünyasını dəyişib. İnterfax-ın yerli hüquq-mühafizə orqanlarına istinadən yaydığı xəbərə görə, Moskva ətrafının Beloomut qəsəbəsində 5 nəfərin meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, mərhumlar tərkibində metil olan kimyəvi təmizləyicinin orqanizmə qəbulu zamanı zəhərlənmədən ölüblər. Maraqlıdır ki, ölənlər 51, 52, 56, 57 və 72 yaşlı anlaqlı insanlar olublar.
O.M.
Digər xəbərlər




















































.jpg)
.jpg)
.jpg)





































