İranda baş verən zəlzələnin vurduğu ziyanın məbləği açıqlandı
İlkin qiymətləndirmələrə görə, avqustun 11-də İranda baş verən zəlzələnin vurduğu ziyan 650 milyon ABŞ dolları təşkil edir. Apa-nın İranın "Mehrnews" saytına istinadən yaydığı məlumata görə, bu barədə Şərqi Azərbaycan əyalətin qubernatorunun müavini Məhəmməd Əşrəf bildirib. O, bu məbləğin arta biləcəyini vurğulayıb. M. Əşrəfin sözlərinə görə, İranın Şərqi Azərbaycan əyalətində zəlzələ nəticəsində 307 kəndə ziyan dəyib, zəlzələ zonasının 4 şəhərində isə binalar çatlayıb. Xatırladaq ki, baş vermiş fəlakət nəticəsində 306 nəfər həlak olub, 2000 nəfər isə yaralanıb.
O.M.
Digər xəbərlər