Kürdəmirdə bir gündə 3 yanğın hadisəsi baş verib

Kürdəmirdə bir gündə 3 yanğın hadisəsi baş verib

14 Avqust 2012 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin məlumatına görə, Kürdəmir rayonunda 3 yanğın hadisəsi baş verib. Rayonun Bala Kəngərli kəndində (rayon mərkəzindən 28 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3,5 ha quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Şahsevən kəndində (rayon mərkəzindən 25 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə kol-kos və quru ot yanmışdır. Ərazidəki otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 205 kv.m olan qamış konstruksiyadan ibarət heyvan yatağı 77 kv.m sahədə və yaxınlıqdakı yerləşən qamış konstruksiyadan ibarət üçotaqlı tikili 144 kv.m sahədə yanmışdır. Yatağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.