Bakıda tikintidən yıxılan fəhlə dünyasını dəyişib
Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, dünən Xətai rayonu ərazisində tikilməkdə olan binada fəhlə işləyən Maarif Əlyarov binanın 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən ölüb. Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər