Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

31 İyul 2012 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, iyulun 31-də səhər saatlarında Bakı-Qazax yolunun 93-cü kilometrliyində, Nəvahi kəndi ərazisində Rəncbər kənd sakini, 60 yaşlı Vadər Hüseynovun idarə etdiyi "Toyota Land Cruzer" markalı, 10 UP 030 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı, 1962-ci il təvəllüdlü Zemfira Mühüddin qızı Hüseynova, 1978-ci il təvəllüdlü Vüqar Tofiq oğlu Süleymanov və 1985-ci il təvəllüdlü Süleymanova Dünya Aslan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı BDYPİ-nin istintaq idarəsində araşdırma aparılır.

O.M.