Minik avtomobili yük avtomobili ilə toqquşdu: 1nəfər öldü, 4 nəfər yaralandı

Minik avtomobili yük avtomobili ilə toqquşdu: 1nəfər öldü, 4 nəfər yaralandı

22 İyul 2012 11:05
442
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 252-ci kilometrliyində Ucar rayonu ərazisində, 1953-cü il təvəllüdlü Qurbanov Elxan Əli oğluna məxsus "VAZ-2107" markalı minik avtomobili ilə 1985-ci il təvəllüdlü Əliyev Elçin Yaşar oğlu tərəfində idarə olunan "KAMAZ" markalı yük avtomobili toqquşmuşdur. Qəza nəticəsində minik avtomobilində olan 4 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana qədər təcili tibbi yardım tərəfindən rayon mərkəzi xəstəxanasına aparılmışlar. Aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş sürücüsü E.Ə.Qurbanovun avtomobildə sıxılmış vəziyyətdə qalmış meyidi yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.