Azərbaycanda sabahdan məktəblər bağlanır

Azərbaycanda sabahdan məktəblər bağlanır

2 Mart 2021 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırır.

Oxuməni.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.

Ekspertin sözlərinə görə, məktəblərin bir aydır açıqlamasına baxmayaraq, virusun yayılması səbəbindən artıq 30 məktəbdə tədris dayandırılıb:

"Əyani tədrisin başlaması ilə virusun yayım tempinin artacağı proqnozlaşdırılırdı. Ancaq bu qədər sürətlə yayılacağı gözlənilmirdi. Ona görə də bir həftəlik qapanma barədə qərar verildi".

Ekspert yaxın dəqiqələrdə bununla bağlı Təhsil Nazirliyinin rəsmi açıqlama verəcəyini də qeyd edib.