Bəzi universitetlər distant tədrisi tam olaraq dayandırıb

Bəzi universitetlər distant tədrisi tam olaraq dayandırıb

29 Sentyabr 11:37
117
Bəyəndim (1) Bəyənmədim (0)

Məlum olduğu kimi, iki gündür Azərbaycanda internetin verilməsinə məhdudiyyət tətbiq olunub.

Oxuməni.az xəbər verir ki, bununla əlaqədar bəzi universitetlər distant tədrisi tam olaraq dayandırdığını bildirib.

Azərbaycan Texniki Universitetin mətbuat xidmətindən verilən məlumata əsasən, onlayn dərslərin keçirilməsi daha sonra qəbul olunacaq qərarlardan asılıdır:

“Ölkədə internetin verilməsində məhdudiyyətlər tətbiq olunub, bu səbəbdən də AzTU onlayn dərslərin keçirilməsini müvəqqəti olaraq dayandırıb. Ola bilər ki, tələbələr sonrakı dövrlərdə əlavə dərs saatlarına yazılsınlar”.

Azərbaycan Dillər Universitetindən bildirilib ki, təhsil ocağı onlayn dərslərin bir müddət təxirə salınması haqda qərar qəbul edib.

Bakı Dövlət Universiteti dərslərin keçirilməsi ilə bağlı rəsmi qərarı yaxın zamanda açıqlayacaq.

Nəzərinizə çatdıraq ki, ötən gün Azərbaycan İqtisad Universiteti də onlayn dərslərin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edib.

Oxuməni.az