Direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq

Direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq

26 Sentyabr 2020 11:15
Bəyəndim (1) Bəyənmədim (0)

Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.

Bu barədə Oxuməni.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 2-si saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Oxuməni.az