Ali məktəblərdə 15 sentyabrdan dərslər onlayn qaydada keçiriləcək

Ali məktəblərdə 15 sentyabrdan dərslər onlayn qaydada keçiriləcək

27 Avqust 2020 17:36
Bəyəndim (1) Bəyənmədim (0)

Xüsusi qayğıya ehtiyacı olan internat tipli məktəblərin sentyabrın 15-dən oktyabrın 1-dək mərhələli şəkildə açılması planlaşdırılır.

Oxuməni.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı protokollar hazırlanır. Operativ Qərargah tərəfindən razılaşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək:

"Eyni zamanda peşə təhsili müəssisələrində peşə komponentli qruplarda dərslər ənənəvi qaydada keçiriləcək.

Lakin ali məktəblərdə 15 sentyabrdan dərslər onlayn qaydada keçiriləcək. Oktyabrın 1-dən isə birinci kursa qəbul olan tələbələrin universitetlərlə tanışlığı məqsədilə ənənəvi qaydada dərslərin keçirilməsi planlaşdırılır.

Eyni zamanda laboratoriya işi tələb edən ixtisaslarda (məsələn, tibb) tədrisin ənənəvi qaydada təşkili planlaşdırılır. 1 oktyabrdan sonra bununla bağlı qərar fərqli formada verilə bilər".

Oxuməni.az